Küveyt hava limanını kim vurub? - İrandan şoka AÇIQLAMA

09:18 4 İyun 2026

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Küveyt beynəlxalq hava limanının sərnişin terminalındakı dağıntıların səbəbini açıqlayıb.

Sitat.info  xəbər verir ki, qurum rəsmisi hadisənin ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin xətası ucbatından baş verdiyini iddia edib.

Onun sözlərinə görə, aparılan araşdırmalar SEPAH-ın Aerokosmik Qüvvələrinin sözügedən obyektə hər hansı zərbə endirmədiyini ortaya qoyub.

Rəsmi bəyanatda vurğulanır ki, İran raketlərinin qarşısını almaq üçün edilən uğursuz cəhddən sonra ABŞ-nin "Patriot" raketlərindən biri trayektoriyadan yayınaraq birbaşa hava limanının sərnişin terminalına çırpılıb./Musavat.com 

 



Xəbər xətti