SEPAH ABŞ bazalarına zərbə endirib

SEPAH ABŞ bazalarına zərbə endirib
Dünya 03 İyun 2026 09:53

Bu gün səhər saatlarında İran Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına raket və dronlarla zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb. 

Eyni zamanda, SEPAH Küveytdəki ABŞ hərbi bazaları da vurğunu açıqlayıb.

CENTCOM isə öz növbəsində bildirib ki, İrandan atılan bir neçə ballistik raket bu ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla məhv edilib. Qeyd edilib ki, bölgədəki hədəflərə doğru hərəkət edən üç pilotsuz uçuş aparatı da zərərsizləşdirilib və hücum vasitələrinin heç biri təyin olunmuş hədəflərə çata bilməyib.

ABŞ İranın son hərəkətlərinə cavab olaraq Qeşm adasında yerləşən hərbi komandanlıq məntəqəsinə "müdafiə xarakterli zərbələr" endirdiyini açıqlayıb.

Aytac,

Sitat.info