Rusiya Xarkovda əsas enerji obyektlərindən birini vurdu

Rusiya Xarkovda əsas enerji obyektlərindən birini vurdu
Dünya 02 İyun 2026 13:02

Ukraynanın dövlət enerji şirkəti Naftogaz bildirib ki, Rusiya Xarkov vilayətində şirkətin əsas obyektlərindən birinə pilotsuz uçuş aparatları və raketlərlə iki hücum dalğası həyata keçirib.

Sitat.info xəbər verir ki, şirkətin rəhbəri Sergey Koretski bunu “qəsdən tətbiq olunan terror taktikası” adlandırıb.

Onun sözlərinə görə, Rusiya bu yolla təkcə infrastruktura deyil, həm də xilasetmə, təmir və bərpa işləri aparan insanlara maksimum zərər vurmağa çalışır.

Koretski əlavə edib ki, hadisədən sonra Naftoqaz təhlükəsizlik protokollarını yenidən nəzərdən keçirir və onları daha da sərtləşdirir.

Aytac,

Sitat.info