Ukrayna Luqanskdakı hadisə ilə müharibədə yeni səhifə açıb - Putin

12:47 2 İyun 2026

Rusiya ötən gecə həyata keçirdiyi hücumların Ukraynanın “terror aktlarına” cavab olduğunu bəyan edib.

Sitat.info xəbər verir ki, Moskvanın məlumatına görə, söhbət mayın 22-də Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk vilayətində tələbə yataqxanasına edilən PUA hücumundan gedir. Rusiya həmin hücum nəticəsində 21 nəfərin öldüyünü bildirir.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi bildirib ki, Ukrayna Luqanskdakı hadisə ilə müharibədə “yeni səhifə açıb”. Onun sözlərinə görə, Starobelskdə müəllimlər kollecinin yataqxanasına zərbə endirilməsi Kiyevin “cinayətlər silsiləsində yeni mərhələdir”.

Ukrayna ordusu isə hücuma görə məsuliyyəti rədd edib. Kiyev bildirib ki, bölgədə elit dron komandanlıq bölməsini hədəfə alıb və Rusiyanın Luqanskla bağlı təqdim etdiyi versiyanı manipulyasiya adlandırıb.

Hadisənin detalları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. 

Nigar,

Sitat.info 



Xəbər xətti