Bu gün İranın ali rəhbəri Müctəba Xameneyinin rəsmi “Telegram” kanalında yeni müraciət paylaşılıb.
Sitat.info-nun İran mediasına istinadən xəbərinə görə, müraciətdə qeyd olunur ki, region ölkələrinin əraziləri artıq ABŞ hərbi bazaları üçün “sipər” rolunu oynamamalıdır.
Açıqlamada İslam ölkələrinə və hökumətlərinə dostluq və əməkdaşlıq çağırışı edilir və İslam dünyasının problemlərinin birgə həllinin vacibliyi vurğulanır.
Bəyanatda, habelə, bölgədə ABŞ-nin hərbi mövcudluğunun dəyişən balansla üzləşdiyi bildirilir və “əvvəlki statusun” tədricən zəiflədiyi qeyd olunur.
Nigar,
Sitat.info