İran Hörmüz boğazında nəzarət zonasını elan etdi   

 İran Hörmüz boğazında nəzarət zonasını elan etdi   
Dünya 21 May 2026 09:31

Bu gün “Fars Körfəzi Boğazı Administrasiyası” Hörmüz boğazında yeni nəzarət zonasının sərhədlərini müəyyən edən bəyanat yayıb.


Sitat.info xəbər verir ki, bəyanata əsasən, zona boğazın şərq hissəsində İrandakı Mübarək dağı ilə BƏƏ-nin cənubundakı Füceyrə limanı arasında uzanan xəttdən başlayaraq, qərbdə Qeşm adasının ucu ilə BƏƏ-nin Ümm əl-Küveyn bölgəsi arasındakı xəttə qədər olan ərazini əhatə edir.

Qurum bildirib ki, bu zonadan keçən gəmilər üçün GWA ilə əvvəlcədən koordinasiya və xüsusi icazə tələb olunacaq.