Arakçı Rusiyada səfərdədir

09:14 27 Aprel 2026

İranın xarici işlər naziri Abbas Arakçı Rusiyaya səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Arakçını daşıyan təyyarə aprelin 27-də səhər saatlarında Sankt-Peterburqa eniş edib.

Səfəri çərçivəsində diplomatın Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi, Yaxın Şərqdəki münaqişə və onun həlli yolları müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ötən gün Omanda aparılan danışıqlardan sonra Arakçının Rusiyaya deyil, təcili qərarla Pakistanın paytaxtı İslamabada qayıdacağı ilə bağlı məlumat yayılmışdı.



Xəbər xətti