Tehranın beynəlxalq aeroportu uçuşları bərpa etdi

Tehranın beynəlxalq aeroportu uçuşları bərpa etdi
Dünya 25 Aprel 2026 13:46

İran paytaxtının İmam Xomeyni Hava Limanı uçuşları bərpa edib və ilk beynəlxalq aviareysləri həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, aeroportdan Mədinə, Maskat və İstanbul şəhərlərinə sərnişinlər yola salınıb:

“Şənbə günü Tehran səması yenidən beynəlxalq aviareyslər üzrə uçuşlara şahidlik edir. Uğurla başlayan bu proses yaxın günlərdə daha intensiv şəkildə davam etdiriləcək”.