Hörmüz boğazında mina təmizləmə əməliyyatları: Türkiyə də iştirak edə bilər 

Hörmüz boğazında mina təmizləmə əməliyyatları: Türkiyə də iştirak edə bilər 
Dünya 25 Aprel 2026 13:18

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və ABŞ arasında mümkün sülh razılaşması əldə edildikdən sonra Ankara Hörmüz boğazında mina təmizləmə əməliyyatlarında iştirak edə bilər.

Sitat.info xəbər verir ki, Fidan bu barədə Londonda jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, razılaşma əldə olunacağı təqdirdə, strateji əhəmiyyətə malik boğazda mina təhlükəsinin aradan qaldırılması üçün texniki qrupun yaradılması gözlənilir.

Fidan əlavə edib ki, Türkiyə bu tip əməliyyatlara prinsipcə humanitar vəzifə kimi yanaşır və belə bir təşəbbüsə qoşulmağa hazır ola bilər.

Sitat.info