Kiyevdən acı etiraf: Ruslar irəliləyir, itki veririk!

Kiyevdən acı etiraf: Ruslar irəliləyir, itki veririk!
Dünya 14 İyun 2022 09:05

Xarkov vilayətində düşmən (Rusiya – red.) bölgəyə gətirdiyi ehtiyatlar hesabına bir az irəliləyib. Onlar Staroqo Saltovadan 15 km uzaqlıqdakı yaşayış məntəqəsini tutdular. Cəbhə xətti dəyişdi, indi ruslar artilleriyadan Xarkovu atəşə tutur.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Aleksey Arestoviç deyib.

O, rusların fasiləsiz hücumları nəticəsində Ukraynanın daim itki verdiyini də əlavə edib.