Bu ölkənin Baş naziri koronavirusa yoluxub - FOTO

Bu ölkənin Baş naziri koronavirusa yoluxub - FOTO
Dünya 13 İyun 2022 20:56

Kanadanın Baş naziri Castin Trüdonun COVID-19 testinin cavabı müsbət çıxıb.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Mənim COVID-19 testimin nəticəsi müsbət çıxdı” - o bildirib.

Siyasətçi qeyd edib ki, əvvəllər peyvənd olunduğu üçün özünü yaxşı hiss edir, lakin Səhiyyə Nazirliyinin müvafiq protokolu ilə müəyyən edilmiş qaydada özünü təcrid edib.

Kanadanın Baş naziri koronavirusa yoluxub