ABŞ İran neftinin satışına verilən müvəqqəti icazənin uzatmayacaq

14:09 15 Aprel 2026

ABŞ Maliyyə Nazirliyi sosial media hesabı vasitəsilə məsələ ilə bağlı açıqlama verib. 

Sitat.info xəbər verir ki,  bəyanatda Departamentin "İqtisadi Qəzəb Əməliyyatı" çərçivəsində qətiyyətli addımlar ataraq İrana maksimum təzyiq göstərməyə davam etdiyi vurğulanıb.

Bəyanatda Departamentin bütün mövcud vasitələrdən və səlahiyyətlərdən maksimum dərəcədə istifadə etdiyi və İranın fəaliyyətini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğu vurğulanıb : "Dənizdə gözləyən İran neftinin satışına icazə verən qısamüddətli lisenziyanın müddəti bir neçə gün ərzində başa çatacaq və yenilənməyəcək".

Departament tərəfindən verilən lisenziya, 20 mart yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışına, çatdırılmasına və ya boşaldılmasına müvəqqəti olaraq icazə verirdi.

Bu lisenziyanın 19 aprel yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olduğu bildirilib.

Tehran,

Sitat.info 

 



Xəbər xətti