“24 saat ərzində bir dənə də olsun gəmi keçməyib”

“24 saat ərzində bir dənə də olsun gəmi keçməyib”
Gündəm 14 Aprel 2026 20:50

ABŞ-nin Hörmüz boğazını blokadasına aldığı ilk 24 saat ərzində bir dənə də olsun gəmi keçməyib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

“İlk 24 saat ərzində bir dənə də olsun gəmi ABŞ blokadasını pozmayıb və altı ticarət gəmisi ABŞ hərbçilərinin tələbi ilə geri dönüb Oman körfəzindəki İran limanına qayıdıb”, - açıqlamada deyilir.