"Hizbullah" İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib

\"Hizbullah\" İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib
Dünya 11 Aprel 2026 11:37

Livanın "Hizbullah" hərəkatı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edərək İsrail hərbçilərinə zərbələr endirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Hizbullah" bildirib ki, onun döyüşçüləri, xüsusiləı, İsrailin şimalındakı Kiryat-Şmona qəsəbəsi ərazisində İsrail hərbçilərinin toplaşdığı yerə hücum edib, həmçinin Yaara kazarmalarına zərbə endiriblər.

Qeyd edək ki, ötən gün CNN telekanalı İsrail, Livan və ABŞ nümayəndələrinin birbaşa sülh danışıqlarına hazırlaşdığı barədə məlumat yayıb. Danışıqlar aprelin 14-də baş tuta bilər.