34 yaşlı kişi çayxanada bıçaqlandı

34 yaşlı kişi çayxanada bıçaqlandı
Gündəm 06 Aprel 2026 18:49

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayon ərazisində çayxanalardan birində olub.

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Röyal Yolçuyev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. Onun vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.