ABŞ İrana atəşkəs təklif edib -Fars Xəbər Agentliyi

ABŞ İrana atəşkəs təklif edib -Fars Xəbər Agentliyi
Dünya 04 Aprel 2026 13:29

İranın yüksək vəzifəli rəsmisi Fars Xəbər Agentliyinə İran, ABŞ və İsrail arasında atəşkəs danışıqları ilə bağlı şərh verib.

Sitat.info-nun Fars Xəbər Agentliyinə istinadən məlumatına görə, ABŞ İrana üçüncü ölkə vasitəsilə 48 saatlıq müvəqqəti atəşkəs təklif edib. 

Atəşkəs təklifi ABŞ-ın regionda üzləşdiyi ciddi problemlərdən sonra ortaya çıxıb.

Açıqlamada iddia edilir ki, İran atəşkəs təklifinə yerdəki hücumlarını davam etdirməklə cavab verib.

Nigar,

Sitat.info