Krımda An-26 hərbi təyyarə qəzasında Rusiya Silahlı Qüvvələrinin Şimal Donanmasının şəxsi heyəti həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.
O qeyd edib ki, Krımda An-26 hərbi nəqliyyat təyyarəsi qəzasında həlak olanlar arasında Şimal Donanmasının şəxsi heyəti də var.
O, qəzada Şimal Donanmasının neçə hərbçisinin öldüyünü dəqiqləşdirməyib.