Pezeşkian Kosta ilə danışdı: Tehranın şərtlərini açıqladı 

11:23 1 Aprel 2026

Dünən İran prezidenti Məsud Pezeşkian Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı aparıb.
 
Sitat.info xəbər verir ki, tərəflər söhbət zamanı ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların son vəziyyətini, mümkün nəticələrini və bölgədə yaranmış gərginliyi müzakirə ediblər.

Pezeşkian bildirib ki, vəziyyətin normallaşmasının əsas şərti ABŞ və İsrailin İrana qarşı təcavüzünün dayandırılmasıdır.

İran prezidenti qeyd edib ki, Tehran heç vaxt müharibə və gərginlik axtarmayıb, ancaq müəyyən şərtlər daxilində, xüsusilə də hücumların təkrarlanmayacağına dair zəruri zəmanətlər verildiyi halda müharibəni dayandırmağa hazırdır.

Pezeşkian xəbərdarlıq edib ki, bölgədə mövcud vəziyyətə hər hansı bəhanə ilə xarici müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.

Tehran,

Sitat.info 



Xəbər xətti