The Wall Street Journal qəzeti xəbər verir ki, Donald Tramp İranla uzunmüddətli hərbi münaqişə istəmir və əməliyyatların yaxın həftələrdə dayandırılmasını planlaşdırır.
Məlumata görə, Tramp müşavirlərinə münaqişənin artıq son mərhələyə daxil olduğunu düşündüyünü bildirib və onlardan 4–6 həftəlik plan çərçivəsində hərəkət etməyi istəyib.
Hesabatda qeyd olunur ki, Ağ Evin Çinlə may ayının ortalarında planlaşdırdığı sammit də bu zaman çərçivəsinə uyğunlaşdırılıb.
Eyni zamanda vurğulanır ki, ABŞ prezidenti əvvəllər mediada anonim mənbələrə istinadən yayılan məlumatları dəfələrlə təkzib edib və onları “yalan” və ya “saxta” adlandırıb.
Nigar,
Sitat.info