Ukraynanın bu şəhərlərində əhaliyə Rusiya pasportu verildi

Ukraynanın bu şəhərlərində əhaliyə Rusiya pasportu verildi
Dünya 11 İyun 2022 14:29

Ukraynanın Melitopol və Xerson şəhərlərində Rusiya vətəndaşlığı alan şəxslərə ilk Rusiya pasportları verilib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Məlumata görə, vətəndaşlara Rusiya pasportunun verilməsi ilə bağlı mərasim keçirilib. Melitopolda Rusiya pasportu alanların sayı açıqlanmasa da, Xerson şəhərində 25 sakin Rusiya pasportu əldə edib. 

Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, Zaporojye vilayətində 70 mindən çox insan Rusiya vətəndaşlığı almaq üçün sənədlərini təqdim edib.

 

/Qafqazinfo.az