Kəmaləddin Heydərov erməniyə qalib gələn dünya çempionunun vəzifəsini və rütbəsini artırdı - FOTO

Kəmaləddin Heydərov erməniyə qalib gələn dünya çempionunun vəzifəsini və rütbəsini artırdı - FOTO
Gündəm 07 Fevral 2022 21:33

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünya çempionunun rütbəsini və vəzifəsini artırıb.

SİTAT.İNFO Manset.az-a istinadən xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin baş çavuşu Orxan Mehdiyevə leytenant rütbəsi verilib. Həmçinin o, növbə rəisi təyin edilib.

Qeyd edək ki, Orxan Mehdiyev Kung-fu Sanda üzrə dünya çempionudur. O, 2016-cı ildə Avropa Çempionatında erməni idmançıya qalib gəlib.