İran prezidenti müharibənin bitməsi üçün şərtlərini açıqladı

İran prezidenti müharibənin bitməsi üçün şərtlərini açıqladı
Dünya 12 Mart 2026 09:43

Dünən İran prezidenti Məsud Pezeşkian Rusiya və Pakistan liderləri ilə telefon danışıqları apardığını bildirib.

Sitat.info xəbər verir ki, Pezeşkian bununla bağlı, “X” hesabında yazıb.

O bildirib ki, Rusiya və Pakistan hökumət başçıları ilə təmasları zamanı Tehran bölgədə sülhə sadiq olduğunu bir daha vurğulayıb.

“Danışıqlar zamanı İranın bölgədə sülhə sadiqliyini bir daha təsdiqlədim. İsrail və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminatların ödənilməsi və gələcək hücuma qarşı möhkəm beynəlxalq zəmanətlərdir", - deyə, Pezeşkian qeyd edib.

Nigar,

Sitat.info