Gəncədə dərmandan zəhərlənən şəxs öldü

Gəncədə dərmandan zəhərlənən şəxs öldü
Gündəm 09 Mart 2026 18:38

Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.

 

Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.

Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.