Makron Ukraynaya gəlir

Makron Ukraynaya gəlir
Dünya 10 İyun 2022 14:41

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Makron Rumıniyada NATO missiyası çərçivəsində yerləşdirilən fransız hərbçiləri ilə görüşündən sonra çərşənbə günü Ukraynaya yollanacaq.

Yelisey Sarayından Makronun səfəri ilə bağlı rəsmi məlumat verilməyib.

 

/Axar.az