Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah təxliyə ediləcək

Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları  sabah təxliyə ediləcək
Gündəm 06 Mart 2026 13:53

“Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".

Sitat.info  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Qətərdə qalan Azərbaycan vətəndaşları var idi: “7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.