Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR

Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR
Gündəm 27 Fevral 2026 16:20

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Milli.Az xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu "Karsan" markalı avtobuslar fəaliyyət göstərəcək.

13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.