Xersonda Ukrayna ordusu ruslara ağır zərbə endirdi

Xersonda Ukrayna ordusu ruslara ağır zərbə endirdi
Dünya 09 İyun 2022 17:00

Xerson vilayətində Ukrayna ordusu rus hərbçilərinin mövqelərinə iki aviazərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

Məlumata görə, aviazərbələr nəticəsində rusların Xerson vilayətində 3 yaşayış məntəqəsindəki sursat anbarları məhv edilib. Eləcə də 30 rus hərbçisi öldürülüb, 2 zirehli texnika və 4 avtomobil sıradan çıxarılıb.