Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
Dünya 20 Fevral 2026 09:21

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,2 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 06:10 radələrində baş vermiş zəlzələ yerin 9 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur