Qırğızıstan parlamentinin spikeri istefa verib

Qırğızıstan parlamentinin spikeri istefa verib
Dünya 12 Fevral 2026 09:45

Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament - Qeyd) sədri Nurlanbek Şakiyev istefa verib.

Bu barədə Report Qırğız mətbuatına istinadən xəbər verir.

"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki şəxsə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm; mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü olaraq istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan verilən şəxsi qərarımdır", - Nurlanbek Şakiyev vəzifəsindən ayrılarkən bildirib.