"ABŞ 10-dan çox iranlını deportasiya edib” - CNN

\"ABŞ 10-dan çox iranlını deportasiya edib” - CNN
Dünya 27 Yanvar 2026 09:45

Tramp administrasiyası bazar günü ABŞ-dan deportasiya edilmiş 14 iranlı qaçqını reyslə İrana göndərib.

Sitat.info xəbər verir ki, bu, ABŞ-dan deportasiya olunan iranlıların üçüncü uçuşdur və İslam Respublikasında etirazların başlanmasından bəri həyata keçirilən ilk deportasiya reysi sayılır.

CNN-in məlumatına görə, bazar günü həyata keçirilən uçuşda 14 iranlı olub. MSNBC isə cümə günü üç məlumatlı mənbəyə istinadən bu reyslə İrana ən azı 40 iranlının göndəriləcəyini bildirmişdi.

CNN qeyd edir ki, əvvəlcədən təyyarədə olacağı deyilən bəzi iranlılar qızılca xəstəliyinə görə uçuşa buraxılmayıb.