Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı
Gündəm 26 Yanvar 2026 17:50
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb.
 
Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edib.
 
İndiyə qədər kənd təsərrüfatı nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini olub. Fərmana əsasən, kənd təsərrüfatı nazirinin artıq 4 müavini olacaq.