TN: Bağçalara elektron qəbul sentyabrın əvvəlinə qədər bütün ölkəni əhatə edəcək

TN: Bağçalara elektron qəbul sentyabrın əvvəlinə qədər bütün ölkəni əhatə edəcək
Gündəm 07 İyun 2022 16:24

"Bağçalara elektron qəbul iyul ayında başlayacaq".

Sitat.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, elektron qəbula müəyyən bölgələrdən başlanılacaq:“Amma ümumilikdə bunun

sentyabrın əvvəlinə qədər bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Bütün valideynlərə bərabər şərait yaradılması üçün onlar vahid sistemdən qeydiyyatdan keçib övladları üçün müvafiq ərazidə bağça seçib yer əldə edə bilərlər. Bu prosesdə köməkliyə ehtiyac olsa, dəstək üçün bir sıra mərkəzlər təşkil olunacaq”.

/Apa.az