Naxçıvanda maşın aşdı

Naxçıvanda maşın aşdı
Gündəm 14 Yanvar 2026 20:13

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Sitat.info xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb. “Niva” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib