İranda etirazlarda ölənlərin sayı 646 nəfərə çatdı

İranda etirazlarda ölənlərin sayı 646 nəfərə çatdı
Dünya 13 Yanvar 2026 10:44

İranda etirazlar zamanı indiyədək 646 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə İranın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bu rəqəmə 505 etirazçı (onların arasında 9 uşaq), 133 hərbçi və hüquq-mühafizə orqanı əməkdaşı, bir prokuror və etiraz aksiyasında iştirak etməyən yeddi mülki vətəndaş daxildir.