Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 160 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 160 şübhəli saxlanılıb
Dünya 17 Dekabr 2025 09:43

Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb.

Məlumata görə, 39 vilayətdə keçirilən əməliyyat zamanı saxlanılanlardan 90-ı həbs olunub, 52 nəfər isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.