Peskov: Rusiya Ukraynada atəşkəs yox, uzunmüddətli sülh istəyir

Peskov: Rusiya Ukraynada atəşkəs yox, uzunmüddətli sülh istəyir
Dünya 16 Dekabr 2025 15:03

Rusiya Ukraynada döyüşlərə fasilə verəcək atəşkəs istəmir.

Sitat.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukraynada "Milad atəşkəsi" ideyasını şərh edərkən bildirib.

O, Moskvanın məqsədinin uzunmüddətli sülh olduğunu vurğulayıb.

 Kremlin sözçüsü qeyd edib ki, Rusiya müharibəni dayandırmaq və sülhə zəmanət vermək istəyir.

Peskov ölkəsinin qısamüddətli qərarların razılaşma ilə əvəz edilməsində iştirak etməyə hazır olmadığını bildirib.