İranda polis məntəqəsinə hücum: 4 nəfər öldürüldü

14:07 16 Dekabr 2025

İranın Kirman əyalətinin Fəhrac rayonundakı polis məntəqəsinə silahlı hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində üç təhlükəsizlik işçisi və bir mülki şəxs ölüb.

Hücumun hansı qruplaşma tərəfindən edildiyi barədə məlumat verilməyib.



Xəbər xətti