NATO baş katibindən Rusiyaya mesaj: Heç yerə getmirik”

13:17 4 Dekabr 2025

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən Xarici İşlər Nazirləri toplantısından sonra bildirib ki, NATO Rusiyaya “heç yerə getmirik” mesajı göndərir.

Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynanı və kritik infrastrukturu daha çox hədəf aldığını, müttəfiq hava məkanını pozduğunu, kiberhücumlar həyata keçirdiyini və sualtı infrastrukturu öyrənmək üçün casus gəmilərindən istifadə etdiyini deyib.

Rutte, ABŞ Prezidenti Donald Trampın “ədalətli və davamlı sülh” səylərini alqışlayıb və bunun münaqişənin həlli üçün vacib olduğunu vurğulayıb.

“Putin düşünür ki, bizi ötə bilər, amma biz geri çəkilmirik. Ukraynaya dəstəyimizi artırır, Rusiyaya təzyiqi gücləndiririk, o cümlədən Rusiyanın ‘kölgə donanmasına’ qarşı tədbirlər görürük”- Rutte deyib. 

O, NATO-nun müdafiə ittifaqı olaraq qalacağını, lakin “1 milyard insanı və öz torpaqlarını qorumaq üçün lazım olan hər şeyi etməyə hazır” olduğunu qeyd edib.

Gülxar, 

Sitat.info

 



Xəbər xətti