Fransa Prezidenti Emmanuel Makron Pekində Çin lideri Si Cinpinlə görüşüb və Çin–Fransa Biznes Şurasının 7-ci iclasının bağlanışında iştirak edib.
Sitat.info xəbər verir ki, Si Cinpin çıxışında iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndiyini, bu ilin ilk 10 ayında ticarət dövriyyəsinin 68,75 milyard dollar, qarşılıqlı investisiyaların isə 27 milyard dolları keçdiyini bildirib.
O, süni intellekt, yaşıl və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Si həmçinin Çin–Aİ diplomatik münasibətlərinin 50 illiyini xatırladaraq, Çin və Fransanı növbəti 50 ildə daha fəal əməkdaşlığa çağırıb.
Nigar,
Sitat.info