Avropa Rusiyadan qaz idxalını bu tarixdə dayandıracaq

Avropa Rusiyadan qaz idxalını bu tarixdə dayandıracaq
Dünya 03 Dekabr 2025 15:31

 Avropa Şurası, Avropa Parlamenti ilə Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması barədə razılığa gəlib.

Sitat.info xəbər verir ki, plana əsasən, Rusiya LNG-si 2026-cı ilin sonunda, boru xətti ilə nəql olunan qaz isə 2027-ci ilin payızında tamamilə qadağan olunacaq.

Hazırda Rusiyanın AB qaz bazarındakı payı oktyabr ayına olan məlumata görə 12%-ə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiyadan qaz alan ölkələr arasındadır.

Nigar,

Sitat.info