Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı
Dünya 02 Dekabr 2025 11:04

İstanbulun Bosfor boğazında qatı duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Sitat.info "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hava şəraiti normallaşdıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunacaq.

Ərazidəki gəmi kapitanlarına ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.