Makron: Yaxın həftələrdə Rusiyaya təzyiqlər artacaq

Makron: Yaxın həftələrdə Rusiyaya təzyiqlər artacaq
Dünya 01 Dekabr 2025 22:49

Fransa Prezidenti Emmanuel Makron yenidən Rusiyaya qarşı sanksiyaları artıracağına söz verib.

Sitat.info xəbər verir ki , bu barədə Fransa lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib .

"Mən sizi əmin etmək istəyirəm ki, yaxın həftələrdə Rusiyaya qarşı təzyiqlər artacaq", - Fransa prezidenti bildirib.

Makron əlavə edib ki, Avropa ölkələrinin iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üçün sülh planı ilə razılaşmaq mümkün deyil.