Sviridenko Yermakı əvəzləyə bilər

Sviridenko Yermakı əvəzləyə bilər
Dünya 28 Noyabr 2025 22:27

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefaya göndərilən Andrey Yermakı əvəz edərək, prezident ofisinin rəhbəri ola bilər.

Sitat.info xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Qeyd edilib ki, bu vəzifəyə Sviridenkonun namizədliyi nəzərdən keçirilir. Lakin bunun üçün o, baş nazir postundan istefa verməli olacaq.

Eyni zamanda, nəşr rəqəmsal transformasiya naziri Mixail Fedorovun yeni baş nazir ola biləcəyini yazır.