99-cu gün: Rusiyanın itkiləri açıqlandı

99-cu gün: Rusiyanın itkiləri açıqlandı
Dünya 02 İyun 2022 17:07

Ukrayna müharibənin 99-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Rusiya bugünədək 30 850 əsgər, 210 təyyarə, 1 363 tank, 3365 zirehli döyüş maşını, 663 artilleriya sistemi, 207 MLRS, 96 ədəd hava hücumundan müdafiə sistemi və 523 PUA itirib”, - məlumatda deyilir.

/Axar.az