ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarında irəliləyiş var -Tramp

ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarında irəliləyiş var -Tramp
Dünya 26 Noyabr 2025 12:42

ABŞ Prezidenti Donald Tramp ötən gün Ukraynanın ABŞ-ın dəstəklədiyi sülh planını qəbul etməsi üçün müəyyən edilmiş 27 noyabr tarixini geri çəkib.

Sitat.info xəbər  verir ki, o, ABŞ nümayəndəsi Stiv Witkoff-un ruslara bu mövzuda ona necə yanaşmalı olduqları barədə təlimat verdiyi ilə bağlı xəbəri əhəmiyyətsiz hesab edib. 

Tramp, Şükranlıq Günü tətili üçün Floridaya uçarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarında irəliləyiş var və Moskva müəyyən güzəştlərə razılaşıb.

O, bu güzəştlərin detalları barədə danışmayıb. 

Gülxar,

Sitat.info