Pakistanda partlayış olub: ölənlər və yaralananlar var   

Pakistanda partlayış olub: ölənlər və yaralananlar var   
Dünya 21 Noyabr 2025 12:07

Bu gün Pəncab əyalətinin Feysəlabad şəhərindəki fabrikdə güclü partlayış baş verib.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Dağıntılar altında daha çox insanın qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Partlayışın səbəbi hələlik açıqlanmayıb.

Nigar,

Sitat.info