“Diplomatik nümayəndəliklər toxunulmazdır” - Rumıniya XİN

“Diplomatik nümayəndəliklər toxunulmazdır” - Rumıniya XİN
Gündəm 15 Noyabr 2025 14:20

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycan səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

Bildirilib ki, noyabrın 14-də gecə saatlarında Rusiyanın Kiyevə hücumları nəticəsində atılan raketin Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

“Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik”, - Rumıniya XİN bəyan edib.