Muazzez Abacı vəfat etdi

Muazzez Abacı vəfat etdi
Gündəm 12 Noyabr 2025 21:00
Türkiyənin sənət musiqisinin unudulmaz səsi Muazzez Abacı vəfat edib.
 
Sitat.info "Haber Global"a istinadən xəbər verir ki, ötən həftə qızı Səba Abacıya baş çəkmək üçün ABŞ-yə gedən sənətçi orada infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.
 
Bu səhər onunla bağlı kədərli xəbər alınıb. İfaçı 78 yaşında dünyasını dəyişib.