Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko

Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Dünya 11 Noyabr 2025 10:14

Belarusun öz ərazisində "Burevestnik" qanadlı raketləri və "Poseydon" sualtı texnikalarını yerləşdirməyə ehtiyac yoxdur.

Sitat.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Belarus öz silahlarını inkişaf etdirməli və ona sahib olmalıdır:

"Amma Rusiya ilə yaxşı münasibətlər sayəsində Belarus artıq taktiki nüvə silahlarına malikdir və dekabrda "Oreşnik" sistemi döyüş növbətçiliyinə girəcək"./Axar.az