Türkiyədə ard-arda zəlzələ oldu

Türkiyədə ard-arda zəlzələ oldu
Dünya 01 Noyabr 2025 10:48

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda gecə saatlarında ard-arda 3,8 və 3,5 bal gücündə zəlzələ baş verib.

Sitat.info  xəbər verir ki, məlumatı AFAD yayıb.

Səhər saatlarında isə 4,2 bal gücündə zəlzələ olub.

Yerin 6,79 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ baş vermişdi.